Seçkilərdə namizədlərin irəli sürülməsi zamanı qeydiyyat sadələşdirilməlidir təklif
"Əgər parlament seçkilərində 3 faizlik səddi aşan partiya yoxdursa, onlara veriləcək vəsait parlamentdə təmsil olunan partiyalar arasında bölünsün". SİA-nın xəbərinə görə, millət vəkili Siyavuş Novruzov Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında belə bir təkliflə çıxış edib.
O, "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər olunmasını təklif edib. S.Novruzov deyib ki, "Siyasi partiyalar haqqında" qanunun mövcud variantında qeyd olunur ki, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünür: "Hazırda parlament seçkilərində 3 faiz səs alan partiyalara büdcədən maliyyə ayrılması nəzərdə tutulur. Amma belə partiya yoxdur. Təklif edirəm ki, bu maliyyə parlamentdə təmsil olunan siyasi partiyalar arasında bölüşdürülsün. Həmin vəsait büdcədə qalıb və bu barədə qanun olmadığına görə, hansı formada xərclənməsinə sərəncam verilə bilmir.
"Siyasi partiyalar haqqında" mövcud qanunda göstərilir ki, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür".
Bundan əlavə, Seçki Məcəlləsinə də dəyişiklik edilməsini istəyən S.Novruzov bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi zamanı qeydiyyatın sadələşdirilməsinı təklif edib: "Təklif edirəm ki, bələdiyyə seçkiləri zamanı namizədliyini irəli sürən şəxslərin qeydiyyat prosedurası sadələşdirilsin. Hazırda bələdiyyəyə namizədlə prezidentliyə namizədin qeydiyyata alınması üçün eyni sənədlər tələb olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB