Əli Məsimli: "Ödənişli təhsil ləğv edilməli, ya da..."

Əli Məsimli: "Ödənişli təhsil ləğv edilməli, ya da..."

Əli Məsimli Milli Məclisdə müəllifi olduğu "Təhsil kreditləri haqqında" qanunun qəbulunun vacib olduğunu hesab edir. SİA-nın xəbərinə görə, bu barədə parlamentin bugünkü iclasında çıxış edən millət vəkili deyib ki, hazırda Azərbaycanda hər 10 nəfər tələbədən 7 nəfəri ödənişli təhsil alır.

Ə. Məsimli əlavə edib ki, təhsil haqqı ən azı 900 manatdan 4500 manata qədər dəyişir: "Ölkədə vətəndaşın orta statistik maaşı 440 manat ətrafındadır, büdcə təşkilatlarında işləyənlər 170-300 manat maaş alır. Onlar 2500-3000 manat təhsil haqqını verə bilməzlər".

O hesab edir ki, dövlət ya ödənişli təhsili ləğv etməli, ya da təhsil kreditləri verilməlidir: "Məndə olan məlumata görə, 8945 nəfər təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsil müəssisəsindən xaric olunub. Təxminən 10 mindən artıq tələbə isə təhsil haqqını ödəyə bilmədiyinə görə akademik məzuniyyət götürüb. Deməli, 20 mindən artıq gəncin taleyi ilə oynayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə