Moldovada tələbə özünüidarəetmə mövzusunda forum keçirilib FOTOLAR
"Azərbaycanın gənclər siyasəti Şərq Tərəfdaşlığı ölkələri üçün nümunədir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) icraçı direktoru Şəmsi Gülverdiyev Moldovada tələbə özünüidarəetmə mövzusunda keçirilən beynəlxalq forumda deyib.
Xatırladırıq ki, o, "Şərq tərəfdaşlığı regionunda gənclər siyasətinə dəstək" proqramı çərçivəsində 2014-cü ilin 25-26 sentyabr tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində tələbə özünüidarəetmə mövzusunda keçirilmiş beynəlxalq forumda iştirak edib.
Tədbirdə Azərbaycanın gənclər və təhsil siyasətini təqdim edən, bu mövzularda məruzə ilə çıxış edən Şəmsi Gülverdiyevin sözlərinə görə, Azərbaycanın gənclər siyasəti Şərq Tərəfdaşlığı ölkələri üçün nümunədir.
Tədbirdə "Şərq tərəfdaşlığı" ölkələri özlərində tələbə özünüidarəetmə strukturları barədə məlumat verilib, onların son vəziyyətini və layihələrini diqqətə çatdırılıb. Digər tərəfdən isə ölkələrin birgə fəaliyyət strategiyası müzakirə edilib.
ATGTİ rəsmisini onu da vurğulayıb ki, Azərbaycandan fərqli olaraq qonşu ölkələrdə, əsasən da Ermənistanda tələbə təşkilatları ilə təhsil ocaqlarının rəhbərlikləri arasında əlaqə çox zəifdir, bundan əlavə tələbə təşkilatlarının fəaliyyəti siyasiləşdirilir.
Forumun sonunda qəbul edilmiş qərarlara toxunan Şəmsi Gülverdiyev məlumat verdi ki, "Şərq tərəfdaşlığı" iştirakçıları növbəti dəfə 2015-ci ildə toplaşacaq və o müddətə qədər internet resursları vasitəsi ilə məlumat mübadiləsi həyata keçirəcəklər.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB