"Atmacanızı və təbəssümünüzü anlayışla qarşılayıram" F. Ağamalıdan Ziyafət Əsgərova
Parlamentin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında maraqlı məqam yaşanıb. SİA-nın xəbərinə görə, Milli Məclisin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı millət vəkili, eks "Ana Vətən"çi Zahid Orucdan sonra çıxış növbəsi onun keçmiş sədri, deputat həmkarı Fəzail Ağamalıya çatıb.
Bu məqam isə iclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərovun diqqətindən yayınmayıb və o, yarıciddi, yarızarafat şəkildə hər iki deputatın ünvanına atamaca atıb: "Bilmirəm, təsadüfdəndi, nədəndi, bu gün ikinci dəfədir ki, Fəzail Ağamalı Zahir Orucdan sonra çıxış edir..."
F. Ağamalı buna cavabında "Atmacanızı və təbəssümünüzü anlayışla qarşılayıram"- deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB