Lənkəranda “Tarixin ən böyük azərbaycanlısı” adlı seminar keçirilib

Lənkəranda “Tarixin ən böyük azərbaycanlısı” adlı seminar keçirilib

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Tibb Kollecinin I kurs tələbələri üçün "Tarixin ən böyük azərbaycanlısı" mövzusunda seminar təşkil olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, öncə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olan gənclərin qarşısında Mərkəzin direktoru S.Şəfiyeva və baş mühafizi A.İbrahimova görkəmli dövlət və siyasət xadimi H.Əliyevin azərbaycançılıq ideologiyası haqqında ətraflı məlumat veriblər. Çıxışlarda qeyd olunub ki, H.Əliyev özündən əvvəlki siyasi sələflərindən fərqli olaraq böyük dövlətçilik təcrübəsinə əsaslanaraq banisi olduğu Müstəqil Azərbaycan dövlətinin əsas milli ideyasını yaradıb. Bu milli ideya azərbaycançılıqdır. Azərbaycançılıq ideologiyası qərinələr ötsə də, ölkəmizdə vahid xalq və cəmiyyət formalaşmasına istiqamətlənmiş olacaq. Seminarda birmənalı olaraq vurğulanıb ki, ölkəmizin bu günkü inkişafı H.Əliyev tərəfindən qoyulan siyasi xəttin nə qədər doğru olduğunu sübut edir. Qazanılan uğurların qaynağı bu böyük yola sədaqətdə və onu yaradıcı şəkildə inkişaf etdirməkdədir.

Sonda Mərkəzin elektron kitabxanası və tədqiqat qrupunun işləri ilə yaxından tanış olan gənclər üçün Ümummilli Liderin siyasi fəaliyyətini canlandıran sənədli filmlərdən fraqmentlər ğöstərilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə