Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin deputatları Rüfət Quliyev və İqbal Məmmədov MDB Parlament Assambleyasının xətti ilə Qazaxıstanda parlament seçkilərinin gedişini müşahidə etmək üçün sentyabrın 30-dan oktyabrın 2-dək Almatı şəhərində səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, deputatlarımız Qazaxıstan Parlamenti Senatına keçiriləcək seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, oktyabrın 1-də ölkənin müxtəlif seçki dairələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların hüquqlarının təmin olunmasına, demokratik seçki qaydalarına riayət edilməsinə diqqət yetirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə