Heydər Əliyev Mərkəzində xeyirxah ənənə davam edir

Heydər Əliyev Mərkəzində xeyirxah ənənə davam edir

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində daha iki yeni ailə quran gənclərin nikah mərasimi təşkil olunub. Suraxanı Rayon İcra Hakimiyyətindən bildiriblər ki, ailə həyatı qurmağa hazırlaşan gənclər və mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra keçirilən nikah mərasimində rayon qeydiyyat şöbəsinin əməkdaşı mövcud qanunvericiliyə uyğun olaraq Anar Məmmədovla Aygün Abbasovanın və Elvin Şahmərdanovla Leyla Rzayevanın nikahlarını rəsmiləşdirib və gənclərə nikah şəhadətnaməsini təqdim edib.

Rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova yeni ailə quran gənclərə Suraxanı rayonu rəhbərliyi adından qiymətli hədiyyələr təqdim edərək, onlara möhkəm təməlli və nümunəvi bir ailə olmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzulayıb.

Sonra gənclər mərkəzin sifarişi ilə hazırlanmış "Millət atası" filminə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə