Beynəlxalq Dəniz Günü ilə əlaqədar "Xəzər həftəsi"nin qeyd olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkəmizdə keçirilən tədbirlərə yekun vurulub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bir həftə ərzində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında yerli ictimaiyyətin, icra strukturlarının, qeyri-hökumət təşkilatları və təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə iməciliklər keçirilib, məişət və sənaye tullantıları yığılaraq zibil poliqonlarına daşınıb. Eyni zamanda, orta təhsil müəssisələrində idarə və müəssisələrdə Xəzər dənizinin bioresurslarının mühafizəsinin vacibliyi barədə mühazirələr oxunub və "dəyirmi masa"lar təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB