Paytaxt küçələrində növbəti “Critical Mass Baku” veloyürüşü

Paytaxt küçələrində növbəti “Critical Mass Baku” veloyürüşü

Azərbaycan Velosiped İdmanı Federasiyası və "Sharkhead" Velosipedçilər Klubunun birgə təşkilatçılığı ilə paytaxt küçələrində "Critical Mass Baku" adlı növbəti veloyürüş keçirilib. İkinci dəfə təşkil edilən yürüşdə 300-dən artıq həvəskar velosipedçi iştirak edib.

Onlar Azadlıq meydanından start götürməklə paytaxt küçələri ilə 20 kilometr məsafə qət ediblər.

Qeyd edək ki, "Critical Mass" veloyürüşü hazırda dünyanın 300-dən artıq böyük şəhərində hər ayın sonuncu istirahət günlərində təşkil edilir. Əsas şüarları "Biz təmiz şəhər tərəfdarıyıq", "Biz hərəkətə mane olmuruq, biz hərəkətin bir hissəsiyik" olan veloyürüş avqustdan etibarən Bakıda da keçirlir. Veloyürüşün əsas məqsədi isə ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi sayılan velosipedin daha geniş təbliğinə nail olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə