Sabunçu rayon İcra hakimiyyəti və Sabunçu rayonunda yerləşən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin birgə təşkilatı ilə 01 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə rayonun Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlillər üçün Pansionatında kimsəsiz qocalara bayram tədbiri təşkil olunub. SİA-nın məlumatına görə, tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, 4 saylı "ASAN" xidmət mərkəzinin direktoru Adil Qasımov, RİH Aparatının məsul işçiləri, qəsəbə icra nümayəndəsi və rayonun fəal gəncləri iştirak ediblər.
Tədbirdə çıxış edən RİH başçısının müavini Arzu Məmmədova dövlətimizin, ölkə başçısı cənab İlham Əliyevin ahıllara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə respublikamızda həyata keçirilən işlərdən danışıb: "Bunun bariz nümunəsi olaraq 01 oktyabr 2013-cü il tarixində Beynəlxalq Ahıllar Günündə cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva müharibə və əmək əlilləri üçün pansionatda tikilmiş yeni korpusun açılışında iştirak edib, burada aparılan yenidənqurma işləri ilə tanış olublar".
Qeyd olunub ki, Prezident İlham Əliyevin ahıl insanlara, aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkədə pensiya islahatları uğurla davam edir: "Pensiya təminatına dair yeni qanunvericilik bazası işlənib hazırlanıb. Hazırda sığorta-pensiya sistemi beynəlxalq təcrübə nəzərə alınmaqla işlənib hazırlanmış üç qanunla – "Sosial sığorta haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında", "Əmək pensiyaları haqqında" qanunlarla tənzimlənir".
Tədbir bayram süfrəsi arxasında davam edib, əyləncəli proqram ahıllar tərəfindən böyük maraq və sevinclə qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB