"İşləyən insanların əməyi nəticəsində iri şirkətlərin gəlirləri artır. Bunun müqabilində həmin şirkətlər niyə işçilərinin sosial həyatını yaxşılaşdırmaq üçün addım atmır?!". SİA-nın xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev transmilli şirkətlərin, müəssisələrin daxilində həmkarlar ittifaqının yaradılmasının vacibliyindən danışarkən deyib.
Dövlət Neft Şirkətini misal göstərərək AHİK sədri bildirib ki, ötən il şirkət işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün 5 milyon dollar vəsait ayırıb: "Dövlət Neft Şirkəti öz işçilərinə 600-dən çox mənzil verib. İri şirkətlər qazanclarının bir qismini insanların sosial həyatını yaxşılaşdırmağa sərf etməlidir".
S.Mehabalıyev hesab edir ki, transmilli şirkətlərdə çalışan azərbaycanlıların öz həmkarlar təşkilatını yaratmalarına imkan yaradılmalıdır: "Çalışırıq ki, "həmkarlar təşkilatı" adı ilə olmasa da, digər adlarla təşkilatlarını formalaşdırsınlar. Bu, onların əmək və sosial hüquqlarının, digər problemlərini həll etməyə yardım edəcək. Onlar həmin qurumlarla, rəhbərlərlə müqavilə bağlasınlar, sosial öhdəliklər tələb etsinlər. Torpaq almağa imkanı olmayan iri şirkətlər pulunu ödəməklə öz əməkdaşları üçün mənzil ala bilərlər. Bunu məcburi yox, könüllü həyata keçirməyə çalışırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB