Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Aparatının beynəlxalq əlaqələr sektorunun əməkdaşı Zaur Vəliməmmədli bu günlərdə Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 27-ci sessiyasında iştirak edib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, insan hüquqlarının müxtəlif aspektləri ilə bağlı aktual məsələlərin müzakirəyə çıxarıldığı sessiyada Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın "Azadlıqdan məhrum edilən şəxslərin hüquqlarının müdafiəsinə dair" Bəyanatı qeydiyyatdan keçirilərək, BMT-nin rəsmi sənədləri sırasına daxil edilib.
Qeyd olunmalıdır ki, Azərbaycan Ombudsman İnstitutu BMT-nin Beynəlxalq Əlaqələndirmə Komitəsi (BƏK) tərəfindən ən yüksək "A" statusu ilə akkreditasiya olunduğu üçün adı çəkilən şuraya yazılı bəyanatlar göndərməklə yanaşı, şifahi bəyanatla da çıxış etmək hüququna malikdir.
Müvəkkil həmin bəyanatında azadlıqdan məhrumetmə yerlərinin monitorinqinin azadlıqdan məhrum edilmiş şəxslərin müdafiəsi sisteminin ayrılmaz hissəsini təşkil etdiyini bildirib. Başçəkmələr zamanı milli qanunvericiliklə yanaşı, beynəlxalq hüquqi sənədlərdən, o cümlədən Beynəlxalq Konvensiyalardan, İşgəncələrin qarşısının alınması üzrə Avropa standartlarından, "İşgəncələrin və digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan rəftar növlərinin və cəzaların tətbiqinin effektiv təhqiq edilməsi və sənədləşməsi üzrə İstanbul Protokolu"ndan, Minimal standart qaydalarından, Avropa Penitensiar qaydalarından və digər sənədlərdən istifadə olunduğu qeyd edilib.
Azadlığı məhdudlaşdırılmış şəxslərin şəraitinin yaxşılaşdırılması, müvafiq sahədə mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı Müvəkkil tərəfindən qanunvericilik və icra orqanları qarşısında məsələlərin qaldırıldığı və nəticədə yeni normativ aktların qəbul edildiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB