Son zamanlar göz xəstəliklərinin müalicəsi ilə bağlı xarici ölkələrə müalicə məqsədi ilə gedən vətəndaşlarımızın sayı artıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ölkənin qərb bölgəsində də bu say yetərincədir. Ən başlıca problem isə müalicə üçün əsasən İran İslam Respublikasına və Gürcüstana gedən vətəndaşlarımız sonradan xəstəliyin müxtəlif ağır fəsadları ilə üzləşir. Əksər hallarda bu iki ölkələrdə Azərbaycandan gedən xəstələr üzərində yersiz əməliyyatlar aparılır ki, nəticəsi də çox ağır olur. Bu xəstələrin əksəriyyəti yenidən öz həkimlərimizə müraciət edir və çox hallarda xəstəliyin artması olduqca arzu olunmaz vəziyyət yaradır. Vətəndaşlarımızın üz tutuqları ölkələrdə hüquqsuz olmaları yəni bu dövlətlərin vətəndaşı olmamaları soydaşlarımızın öz hüquqlarının müdafiə etmələrinə də imkan vermir.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB