Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində " Milli Qəhrəmanlarımız" adlı maarifləndirmə layihəsi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ilk çıxış edən YAP GB-nin ofis rəhbəri Əli Pənahov qonaqları salamlayaraq layihənin əhəmiyyətindən danışıb. O həmçinin layihənin gənclərimiz üçün uğurlu bir layihə olduğunu diqqətə çatdırıb. Tədbirdə söz alan layihənin koordinatoru Aygün Nuriyeva gənclərə layihə haqqında geniş məlumat verib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Milli Qəhrəmanlarımız" maarifləndirmə layihəsinin məqsədi gənclərimizin I Qarabağ müharibəsində şərəflə iştirak və öz igidliyi ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı qazanan və hazırda da yaşayaraq fəaliyyət göstərən qəhrəmanlarımızı gənclərə tanıtdırmaqdan ibarətdir. Layihə çərçivəsində keçiriləcək seminar və görüşlərdə gəncləri Milli Qəhrəmanlarımızın həyatı və döyüş yolu ilə bağlı məlumatlandırmaq, Azərbaycançılığı, vətənə sədaqəti, vətənin azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini təbliğ edən, həyatda olan Milli Qəhrəmanlarımızın döyüş yolunu özündə əks etdirən və bütün bunların bugünümüz və gələcəyimiz üçün önəmini göstərən bukletlər və videorolik hazırlamaq, gənclər arasında yaymaq və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunması işində dövlət siyasətimizə dəstək verməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB