AIESEC Azərbaycan Gənclər Təşkilatının İdarə Heyəti Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tayvanda keçirilən Beynəlxalq Qurultayda iştirak ediblər. SİA-nın məlumatına görə, 80.000-dən çox üzvü olan AIESEC təşkilatı dünyanın 124 ölkəsində fəaliyyət göstərir və rəsmi olaraq 7 ildir ki, Azərbaycanda da aktiv fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi beynəlxalq təcrübə proqramları vasitəsi ilə gənclərin liderlik bacarıqlarının artırılmasıdır.
Qeyd edək ki, sözü gedən Beynəlxalq Qurultay dünyanın hər yerindən təşrif buyurmuş gənc liderləri bir araya gətirir. 800 nəfərin iştirak etdiyi bu möhtəşəm qurultayda ilk dəfə olaraq Azərbaycan 4 yer alıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Məryəm Məcidova, Rüfət Daşdəmirov, Murad Zamanov və Pənah Abbasov iştirak etmək şansı qazanıb. Qurultay 9 gün davam etdi və 9 gün ərzində: "Youth to Business" Forumu, "Global Village" mədəniyyət festivalı, biznes sektorunda uğur qazanmış 50 ən qabaqcıl Tayvan gənclərinin sərgisi və həmçinin AIESEC Təşkilatının baş ofisindən buyurmuş idarə heyəti tərəfindən yenilikləri və inkişafı özündə əks etdirən, yeni strategiyalardan bəhs edən təlimlər keçirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB