Şəhid zabitimiz Hacıqabulda torpağa tapşırılıdı. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gün Erməni silahlı birləşmələrinin növbəti dəfə atəşkəs rejimini pozması nəticəsində Xocavənd rayonun ərazisindı şəhid olan Azərbaycan ordusunun zabiti leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu bu gün doğulduğu Hacıqabul rayonunda "Şəhidlər Xiyabanında" torpağa tapşırılıdı.
Allahverdi Baxışlının atası Həşimov Əbülfəz Baxış oğlu 1-ci Qarabağ döyüşlərində 1994-cü ildə 30 yaşında şəhid olub. Allahverdi atası şəhid olanda 3 yaşı varmış. Atasının qisasını almaq məqsədi ilə hərbçi olmaq və döyüş bölgəsində xidmət etmək şəhidimizin arzusu olub. Baxışlı Allahverdinin dəfin mərasimi yaşadığı ünvanda təşkil edilib. Dəfn mərasiminə rayon rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin hərbçi yoldaşları, rayon ictimaiyyəti qatılıblar.
Mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyi adından Abdulla Qurbani çıxış edərək şəhidimizin ailəsinə, yaxınlarına başsağlığı verib. Hacıqabul rayon icra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Xocəvənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək şəhidin doğmalarına Allahdan səbr diləyərək başsağlığı verdilər. Cənazə namazından sonra şəhid Allahverdi Baxışlı Şəhidlər Xiyabanında yaylım atəşləri altında torpağa tapşırıldı.
Allah rəhmət eləsin.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB