Lənkəranda Dünya Turizm Günü silsilə tədbirlərlə qeyd edilib

Lənkəranda Dünya Turizm Günü silsilə tədbirlərlə qeyd edilib

27 sentyabr-Dünya Turizm Günü ilə bağlı Lənkəranda silsilə tədbirlər keçirilib. Lənkəran Dövlət Rəsm Qalereyasında əlamətdar gün ilə bağlı təşkil olunmuş rəsm və foto sərgisi böyük maraqla qarşılanıb.

Sərginin açılış mərasimində çıxış edən rayon mədəniyyət və turizm şöbəsinin məsləhətçisi İlqar Əzimov Dünya Turizm Gününün yaranma tarixi barədə məlumat verərək, müstəqil Azərbaycan Respublikasında turizm sahəsinin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Rayon sakinləri rəsm əsərləri, Lənkəranın turizm potensialını və zəngin folklorunu əks etdirən fotosərgi ilə maraqla tanış olublar.

Dünya Turizm Günü ilə bağlı rayon mərkəzi kitabxanasında isə "dəyirmi masa" keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə