Xəzər dənizinin sahil zolağında 20 hektar ərazi tullantılardan təmizlənib
Beynəlxalq Dəniz Günü ilə əlaqədar ölkəmizdə "Xəzər həftəsi"nin qeyd olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq sentyabrın 27-də Buzovna qəsəbəsi ərazisində iməcilik keçirilib.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ümumilikdə 200-ə yaxın insanın iştirak etdiyi iməcilikdə Xəzər dənizinin sahil zolağının 20 hektar ərazisi 15 kubmetrdən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.
"Xəzər həftəsi" çərçivəsində ETSN tərəfindən keçirilmiş bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda, ictimaiyyətin maarifləndirilməsinə yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB