Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn sentyabrın 27-də Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbədə olub.
Bir neçə məcburi köçkün ailəsini ziyarət edən diplomat qəsəbədəki 11 nömrəli məktəbdə "Uşaqlar sülh istəyir" mövzusunda keçirilən inşa və rəsm müsabiqəsinin yekunlarına həsr edilmiş tədbirdə iştirak edib.
Tədbirdə müsabiqə qalibləri olan məktəblilər mükafatlandırılıb. Səfir Çoi Suk-İn ikinci və üçüncü yerləri tutanlara məktəb ləvazimatları, birinci yerin sahibinə planşet, məktəbə isə böyük ölçülü plazma televizoru təqdim edib.
Məktəbin direktoru Əlizaman Qarayev, rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanov, rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Aytac Rüstəmzadə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, göstərilən diqqət və qayğıya görə Koreyanın Azərbaycandakı səfirinə minnətdarlıqlarını bildiriblər.
Mükafatlandırma mərasimindən sonra uşaqlar Koreyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş nahar süfrəsində Koreyanın milli yeməklərindən olan bulqoqi və kimçinin dadına baxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB