Pirallahı qəsəbəsi görkəmini dəyişir

Pirallahı qəsəbəsi görkəmini dəyişir

Pirallahı qəsəbəsinin Fioletov küçəsində xaotik şəkildə və qanunsuz tikilmiş qarajların və digər tikililərin sökülməsi davam etdirilir.
Rayon icra hakimiyyətindən bildiriblər ki, hazırda həmin ərazidə yerləşən ikimərtəbəli binaların fasad hissələrinin müasir üslubda rekonstruksiyası aparılır. Həmçinin 29-cu məhəllədə dördmərtəbəli iki bina əsaslı təmir olunur.
Bundan əlavə, Dübəndi bağlar massivindən Gürgan qəsəbəsi istiqamətində magistral yolun genişləndirilməsi məqsədi ilə torpaq işləri görülüb, ümumi uzunluğu 2 min 333 metr olan yaşıllıq sahəsi salınıb.
Ümumiyyətlə, son vaxtlar qəsəbə görkəmini sürətlə dəyişməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə