Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Hüququnuz haqqınızdır" layihəsinə yekun vurulub. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən layihənin rəhbəri İsmayıl Quliyev onun məqsəd və məramından danışıb. Diqqətə çatdırılıb ki, layihə ölkədə aparılan hüquqi maarifləndirmə işinə dəstək vermək məqsədi daşıyıb.
Layihə çərçivəsində görülən işlərə də diqqət çəkən İsmayıl Quliyev bildirib ki, 3 ay müddətində gənclərlə görüşlər təşkil olunub, onlar mütəxəssislər tərəfindən vətəndaşların hüquq və azadlıqları, vəzifə və səlahiyyətləri ilə bağlı məlumatlandırılıb.
"Hüququnuz haqqınızdır" adlı veriliş hazırlanıb. Proqramda əmək, təhsil hüquq və digər sahələrlə bağlı maraqlı bilgilər verilib, müzakirələr aparılıb. Bundan başqa layihə çərçivəsində gənclərin hüquqlarından bəhs edən bukletlər çap olunub.
Tədbirdə digər çıxış edənlər Azərbaycan dövlətinin istənilən sahədə gənclərə hər zaman böyük diqqət göstərdiyini vurğulayıblar. Bildirilib ki, gənclər əhalinin aktiv hissəsini təşkil etdiyi üçün hüquqi maarifləndirmə sahəsində ətraflı bilgiyə sahib olması önməli şərtlərdən biridir. Məhz layihənin əsas ideyası olan gəncləri hüquqi baxımdan maarifləndirmək təqdirəlayiq bir haldır.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB