Ermənilər meyitin geri qaytarılmasına hazır olduqlarını açıqlayıblar
Həsənin meyiti qaytarılır

Ermənistan işğal etdiyi Kəlbəcər rayonunda qətlə yetirdiyi Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitini guya geri qaytarmağa hazır olduğunu bəyan edib. Erməni mətbuatının məlumatına görə, qondarma Dağlıq Qarabağ respublikası adından edilən açıqlamada bildirilib ki, Həsən Həsənovun cəsədini Azərbaycana verməyə hazırdırlar.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü barədə məlumat açıqlamışdı.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Həsən Həsənovun Qarabağda dəfn olunduğunu açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə