Telejurnalistlər müasir jurnalistikanın problemlərini müzakirə ediblər
Sentyabrın 26-da "TEFİ-Sodrujestvo" IV Beynəlxalq televiziya festivalı çərçivəsində "MDB ölkələrinin teleefirində ən yeni tarix" mövzusunda "dəyirmi masa" keçirilib. "Kultura" kanalında "Mədəniyyət xəbərləri" proqramının aparıcısı Vladislav Flyarkovskinin moderatorluq etdiyi "dəyirmi masa"da Rusiya Televiziya Akademiyasının üzvü, "TV-Sentr" ASC-nin siyasi şərhçisi Leonid Mleçin, Rusiya Televiziya Akademiyasının üzvü, "Studiya K & Co" QSC-nin baş redaktoru Kira Proşutinskaya, "Qovorit leqko" ("Danışmaq asandır") tok-şousunun aparıcısı Beysen Kuranbek (Qazaxıstan) və "OHT" İkinci Milli Telekanalının xüsusi layihələr direksiyasının redaktoru Lüdmila Çeqrinets (Belarus) iştirak ediblər.
"Mədəniyyət xəbərləri" proqramının aparıcısı Vladislav Flyarkovski tədbiri açaraq bildirib ki, KİV cəmiyyətin həyatında çox yüksək və çoxşaxəli rol oynayır. Zəmanəmizdə kütləvi informasiya vasitələri müasir dünyada baş verən hadisələrin gedişinə güclü təsir göstərir.
Siyasi şərhçi Leonid Mleçin vurğulayıb ki, son on ildə jurnalistika sahəsi bütün dünyada sürətlə inkişaf edir və bir sıra əhəmiyyətli dəyişikliklərə məruz qalıb. O xüsusi vurğulayıb ki, cəmiyyətin həyatında baş verən hadisələri düzgün qiymətləndirmək üçün jurnalist tarixi, xüsusən onun ən yeni dövrünü mükəmməl bilməlidir.
Mövzu ilə bağlı fikirlərini bölüşən L.Çeqrinets, B.Kuranbek və K.Proşutinskaya MDB ölkələrinin siyasi həyatında jurnalist peşəsinin əhəmiyyətinin artdığını vurğulayıblar. Onlar indiki mərhələdə təcrübə mübadiləsi və jurnalistika qarşısında duran problemlərin həlli məqsədi ilə belə tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB