Polad Bülbüloğlu din xadiminin fikirlərini şərh etdi

"Patriarx Kiril Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən inkişaf prosesini diqqətlə izləyir və dəstəkləyir"
Polad Bülbüloğlu din xadiminin fikirlərini şərh etdi

Patriarx Kiril Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən inkişaf prosesini diqqətlə izləyir və dəstəkləyir. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə görüşündə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu azərtac-a müsahibəsində deyib.

P.Bülbüloğlu bildirib ki, patriarx Kiril Rusiyanın görkəmli şəxsiyyətlərindən biridir. Belə nüfuzlu din xadiminin şeyxülislam Allahşükür Paşazadəni yüksək səviyyədə qarşılaması, ona orden təqdim etməsi, habelə onun Dağlıq Qarabağ münaqişəsinin həlli, hazırda dünyada baş verən hadisələrlə bağlı söylədiyi fikirlər olduqca önəmlidir. Diplomat şeyxülislam Allahşükür Paşazadənin də Rusiyada böyük nüfuzu olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə