Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Bask vilayətinə səfəri çərçivəsində sentyabrın 26-da vilayətin ədliyyə naziri Xose Erkoreka ilə görüşüb.
A.Əfəndiyev səfərinin məqsədinin Azərbaycan ilə Bask vilayəti arasında ikitərəfli münasibətlərin inkişafına təkan vermək olduğunu bildirib. O, vilayətə oktyabrın sonuna planlaşdırılan növbəti səfəri zamanı yerli hökumətlə geniş müzakirələrin aparılmasının nəzərdə tutulduğunu söyləyib.
Xose Erkoreka 2011-ci ildə Bakıya səfər etdiyini xatırladaraq Azərbaycanın maraqlı ölkə olduğunu deyib. O, ikitərəfli münasibətlərin faydalı olacağına inamını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB