A320neo səmaya qalxdı

Avropanın aviatikinti konserni Airbus "aerobuslar" ailəsinin ən populyar sərnişin laynerlərindən olan təyyarənin yeni versiyasının – A320neo-nun Tuluzada ilk sınaq uçuşunu həyata keçirib.
Euronews telekanalı xəbər verir ki, A320neo il ərzində seriya sınaqlardan keçəcək və 2015-ci ilin sonuncu rübündə onun kommersiya istismarına başlanılacaq. İlk təyyarəni "Qatar Airways" alacaq. Airbus konserninin portfelində ümumilikdə 60 müştəridən alınmış 3257 sifariş var.

Bütün xəbərlər Facebook səhifəmizdə