Qırğızıstan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıqla bağlı müqavilə imzalanıb
Türkiyənin milli müdafiə naziri İsmet Yılmaz Qırğızıstanda səfərdə olub, bu ölkənin Baş naziri Coomart Otorbaev, müdafiə naziri Abibulla Kudayberdiev, baş qərargah rəisi Asanbek Alımkojaev ilə və digər rəsmi şəxslərlə görüşüb.
Görüşdə iki ölkə arasında təhsil, səhiyyə, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə əlaqələr, müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, qırğız hərbçilərinin Türkiyənin hərbi xəstəxanalarında müalicəsi, Bişkekdə ali hərbi məktəbin tikilməsi imkanları və digər məsələlər müzakirə edilib.
Səfər çərçivəsində Qırğızıstan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilə və digər sənədlər imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB