Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə Təbriz Universitetinin rektoru Məhəmmədrza Purməhəmmədi ilə görüşüb.
Ə.Əlizadə M.Purməhəmmədini Təbriz Universitetinin rektoru təyin olunması münasibətilə təbrik edib, Azərbaycan ilə İran arasında mövcud dostluq və yaxın qonşuluq münasibətlərinin möhkəmləndiyini söyləyib. Bütün sahələrdə olduğu kimi, mədəniyyət, elm sahələrində də əlaqələrin genişləndiyi, Təbriz Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları, digər elmi dairələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün baş konsulluq tərəfindən lazımı işlərin davam etdiriləcəyi, birgə konfransların, simpoziumların keçirilməsinin, nəşrlərin və digər layihələrin icra edilməsinin bu əlaqələrin inkişafına töhfə verəcəyi vurğulanıb.
Rektor M.Purməhəmmədi dostluq və yaxın qonşuluq əlaqələrinə əsaslanan İran-Azərbaycan münasibətlərində mədəni-elmi əməkdaşlığın mühüm rola malik olduğunu qeyd edib, cari ilin oktyabr ayında IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcəyini, bir sıra görüşlər keçirəcəyini, bu görüşlərdə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılacağını bildirib, baş konsulluğun bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.
Rabil Kətanov
AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB