Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Komitədən SİA-ya verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən Şamaxı, Qobustan, Ağsu rayonlarının bir sıra sakinlərinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul və digər məsələlərlə bağlı olub.
A. Əliyev hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıq verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapıb.
Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara çatdırılmaq üçün nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB