Raqif Abbasov: "Azərbaycan gənci vətənpərvər, mərd və savadlıdır" FOTOLAR

Raqif Abbasov: "Azərbaycan gənci vətənpərvər, mərd və savadlıdır" FOTOLAR

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi vətənpərvərlik klubları arasında "Breyn-rinq" intellektual oyunu keçirib. SİA-nın məlumatına görə, Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunan oyunda paytaxtın bütün rayonlarından olan komandalar iştirak ediblər. Mübarizəyə Nərimanov və Nəsimi rayonlarının hərəsindən iki komanda qoşulub.

Oyundan öncə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edib. O qeyd edib ki, tədbir "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın icrası, yeniyetmələrin intellektual və mədəni səviyyəsinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixinin daha dərindən öyrənilməsi, ümumbəşəri və milli dəyərlərə yiyələnmək, dünyagörüşünü genişləndirmək məqsədi daşıyır.

R. Abbasov vurğulayıb ki, hər bir Azərbaycan gənci müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərimiz, milli qəhrəmanlarımız haqqında biliklərə malik olmalıdır: "Azərbaycan gənci vətənpərvər, mərd və savadlıdır. Bu, ölkənin resurslarının insan kapitalına yönəldilməsinin nəticəsidir. Hər bir gənc mükəmməl təhsil almalı, milli dəyərlərimizə hörmətlə yanaşmalı, Vətən, millət, xalq uğrunda öz sahəsində səylə çalışmalıdır".

R. Abbasov iştirakçılara uğurlar arzulayıb. Daha sonra isə oyuna start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə