Beynəlxalq Avsrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu Beynəlxalq Mətbuat İnstitutunun İdarə heyətinin iclasına qatılmaq üçün İstanbula səfər edib . SİA-nın xəbərinə görə, BMİ-nin İdarə heyətinin üzvü, institutun Azərbaycan Milli Komitəsinin sədri sentyabr 27-sində İstanbul şəhərində keçiriləcək görüşündə iştirak edəcək. Şənbə günü reallaşacaq toplantıda bir sıra vacib məsələlər müzakirə olunacaq ki, bunlara 2015-ci ilin mart ayında Myanmada keçirilməsi nəzərdə tutulan Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresi və 64-cü Baş Assambleyasının iclası daxildir. Eyni zamanda dünya mediasının hazırki durumu , üzləşdiyi yeni çağırışlar , idarə heyətinin növbəti görüşünün reallaşdırılması və qarşıda duran digər fəaliyyətlər tədbir iştirakçılarının geniş şəkildə müzakirə predmeti olacaq .Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə 2012-ci ildə Bakıda Beynəlxalq Mətbuat İnstitutunun "Neft, qaz və media" beynəlxalq konfransı baş tutub. Hazırda BAMF Beynəlxalq Mətbuat İnstitutunun Regional Təşəbbüs proqramına rəhbərlik edir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB