Nazir: “Azərbaycanda klasterlərin formalaşdırılması olduqca vacibdir” AÇIQLAMA

Nazir: “Azərbaycanda klasterlərin formalaşdırılması olduqca vacibdir” AÇIQLAMA

"Azərbaycan dünya turizm bazarında öz yerini tutmaqdadır". SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Әbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Ə.Qarayevin sözlərinə görə, nazirlik ölkədə klasterlərin formalaşdırılmasına böyük maraq göstərir: "Bu gün Azərbaycanda Prezident İlham Əliyevin gündəlik qayğısı nəticəsində ölkəmizdə turizm sektoru yüksək sürətlə inkişaf edir. Ona görə də Azərbaycanda klasterlərin formalaşdırılması bizim üçün olduqca vacibdir. Klasterlər artıq Qəbələdə, Şahdağda, Qubada var. Quba-Qusar klaster olaraq hazırlanır. Çalışırıq ki, Şəmkir-Göygöl zonasında da klasterlər formalaşdıraq. Ondan sonra isə cənub bölgəsində də klasterlər formalaşdırılacaq".

"Ölkəmizi tanıyaq" adlı layihədən danışan Ə. Qarayev vurğulayıb ki, sözügedən layihə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü nəticəsində həyata keçirilib: "3000-ə yaxın gənc bu layihə çərçivəsində müxtəlif rayonlarımızı gəzib, ölkəmizin görməli yerləri ilə tanış olub. Sözsüz ki, bu da gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında böyük rol oynayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə