Nazir: “Mövsümünün yekunları bizi qane edir” AÇIQLAMA

Nazir: “Mövsümünün yekunları bizi qane edir” AÇIQLAMA

"Bu ilin turizm mövsümünün yekunları bizi qane edir. Məhz atdığımız addımlar nəticəsində bu il yay mövsümündə heç bir müəssisədə hər hansı bir fövqəladə və ya narahatlıq yaradacaq hadisə baş vermədi". SİA-nın məlumatına görə, bu fikirləri mədəniyyət və turizm naziri Әbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazir deyib ki, bu il monitorinqlər keçirərək turizm sektorunda keyfiyyət artımına nail olunub: "Azərbaycanda turizim şirkətlərinin və turizm yerləşdirmə məkanlarının sayı artıb. Artıq 35 min yataq yeri həcmində potensialımız mövcuddur. Bu gün bütün lisenziyalaşmalar prosesi internet vastəsi ilə həyata keçirilir. Bu da turizm sektorunun inkişafına rahatlıq yaradır".

"Qətiyyətli addımlar ataraq lisenziyaların dayandırılması haqqında hüquq-mühafizə orqanlarına da öz müraciətlərimizi etmişik. Çünki bəzi yerlərdə bizim tövsiyələrimiz yerinə yetirilmir. Biz söszüz ki, turistlərin, orada asudə vaxtını keçirən insanların hüquqlarını müdafiə etməliyik", - Nazir qeyd edib.

Ə. Qarayev vurğulayıb ki, bu il turizm sektorunda qiymət artımı olmayıb: "Bu bizi sevindirir. Mövsüm ərzində Azərbaycanın müxtəlif bölgələrində artıq iki və üç ulduzlu otellərin fəaliyyətinə uyğun olaraq qiymət və xidmət tarazlığı müşahidə olunub. Әminik ki, bu proses davam edəcək. Lakin biz, fəaliyyətimizi bununla məhdudlaşdırmaq istəmirik. Oktyabrın 1-də Səmərqənddə keçiriləcək Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin iclasında Azərbaycanın mövqeyinin gücləndirilməsi məqsədilə müvafiq qərarların qəbul edilməsi üçün işlər aparılır. Biz Azərbaycanın bu layihələrdə daha geniş şəkildə iştirakını təmin etməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə