Arif Rəhimzadə : "Biz demirik ki, problemlər yoxdur, əksinə olduğunu qəbul edirik"

Arif Rəhimzadə : "Biz demirik ki, problemlər yoxdur, əksinə olduğunu qəbul edirik"

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə sözügedən komitənin bu gün keçirilən iclasında bir sıra beynəlxalq qurumları, o cümlədən Avropa Şurası və Avropa Parlamentini Azərbaycana qarşı qərəzli mövqe tutmaqda günahlandırıb. SİA-nın xəbərinə görə, komitə sədri çıxışı zamanı deyib ki, adıçəkilən qurumların Azərbaycanda gedən proseslərlə, eləcə də bələdiyyələrin fəaliyyəti ilə bağlı səsləndirdikləri iddialar reallığı əks etdirmir.

"Deyirlər ki, yerli idarəetmə orqanlarının, yəni bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra ciddi nöqsanlar var. Biz demirik ki, problemlər yoxdur, əksinə olduğunu qəbul edirik. Bəli, bu sahədə bir çox nöqsanlar mövcuddur. Hesab edirəm ki, 1 milyondan artıq insanın, qaçqın və məcburi köçkünün ata-baba yurdları işğal altında olduğu üçün onların da yerli idarəetmə orqanları, bələdiyyələri yoxdur. Niyə bunlardan bir dəfə olsun danışmırsınız?! Əlbəttə, bu, vicdansızlıqdır. Ümumilikdə götürsək nöqsanların deyilməsindən narahat olmağa dəyməz. Çünki biz kimin kim olduğunu çox yaxşı bilirik".

Bütün xəbərlər Facebook səhifəmizdə