Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gənc yazarlarla görüş" layihəsinə yekun vurulub. Tədbirdə gənc şairlərdən Əfsanə Ələsgərli, Cəmilə Vasifqızı, Samir Səyyadoğlu, Gülnar Səma, İntiqam Yaşar və digərləri iştirak ediblər. SİA-nın xəbərinə görə, layihənin rəhbəri İsa Məmmədov 3 ay ərzində görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, layihə çərçivəsində gənc şairlər haqqında verilişlər hazırlanıb və Səs TV-nin efirində yayımlanıb. Bundan başqa gənç şairlərin iştirakı ilə görüşlər, tədbirlər təşkil olunub, onların həyat və yaradıcılığından bəhs edən bukletlər çap edilib.
Mərasimdə layihənin önəminə diqqət çəkilib. Qeyd edilib ki, yaxşı bir oxucu olmağı qarşısına məqsəd qoyanlar və mütaliəni bir həyat tərzinə çevirmək istəyənlər üçün bu layihə önəmli bir fürsət olub. Layihə gənclərə oxuma mədəniyyəti və vərdişi qazandırmaq baxımından son dərəcə əhəmiyyətli idi.
Tədbirdə çıxış edənlər bildiriblər ki, ədəbiyyat daim oxunmalıdır. Mütaliə etmək bir mədəniyyətdir. Bu mədəniyyətə yeniyetmə və gənclər də sahiblənməlidir. Təbii ki, bu da öyrənilməli, təbliğ olunmalıdır.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB