2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimovun 26 sentyabr 2014-cü il tarixindən başlayaraq Yunanıstanın Afina şəhərinə rəsmi səfəri başlayır. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir zamanı Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə yunan ictimaiyyətinə ətraflı məlumat veriləcək, o cümlədən idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və Birinci Avropa Oyunlarına həsr olunmuş konsert proqramı təşkil ediləcək. Eyni zamanda, təbliğat və məlumat xarakterli materiallar paylanacaq.
Qeyd edək ki, səfər 28 sentyabr tarixinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB