“Əbdürrəhman Cami və müasirlik” adlı beynəlxalq konfrans keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi və Tacikistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə fars-tacik alimi və şairi Əbdürrəhman Caminin 600 illik yubileyinə həsr olunan "Əbdürrəhman Cami və müasirlik" adlı beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibəyli konfransın işinə uğurlar arzulayıb, AMEA-nın prezidenti Akif Əlizadənin təbrikini iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra İ.Həbibəyli Ə.Cami yaradıcılığına həsr olunan geniş məruzə ilə çıxış edib.
Çıxış edən Tacikistanın ölkəmizdəki səfiri Zoxir Saidov iki ölkə arasındakı münasibətlərin inkişafını yüksək dəyərləndirərək, Ə.Cami yaradıcılığının əhəmiyyətindən danışıb.
Daha sonra YUNESCO-nun Azərbaycandakı nümayəndəsi Günay Əfəndiyeva və digər iştirakçıların Ə.Cami yaradıcılığı ilə bağlı məruzələri dinlənilib.
Qeyd edək ki, konfrans çərçivəsində Tacikistan prezidenti İmoməli Rəhmanın "Taciklər tarixin aynasında" adlı kitabı və müxtəlif nəşrlərdən ibarət sərgi də təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB