“Torpaq əgər uğurunda ölən varsa, vətəndir” layihəsinə yekun vurulub

“Torpaq əgər uğurunda ölən varsa, vətəndir” layihəsinə yekun vurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Torpaq əgər uğurunda ölən varsa, vətəndir" layihəsinə yekun vurulub. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Milli Qəhramanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Qarabağ qazisi Füzuli Həsənov, "Vətən fədailəri" İctimai Birliyinin sədri Dadaş Quliyev, eləcə də gənclər iştirak edib. Tədbirdə ilk öncə layihə çərçivəsində görülən işlərlə bağlı məlumat verilib.

Diqqətə çatdırılıb ki, layihənin həyata keçirildiyi 3 ay müddətində torpaqlarımızın bütövlüyü uğurunda canlarını fəda edən vətən övladlarının həyatından, döyüş yolundan bəhs edən verilişlər hazırlanaraq Səs TV-nin efirdə yayımlanıb. Milli qəhrəmanlar haqqında qısa məlumatların yer aldığı bukletlər çap olunub.

Tədbirdə çıxış edən qonaqlar da bu tip layihələrin cəmiyyət, xüsusilə də gənclər üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş qəhrəmanlara, onların ailələrinə diqqət və qayğı bu gün yüksək səviyyədədir və bu layihə sözügedən müsbət məsələnin də gənclər arasında daha geniş şəkildə yayılmasını hədəfə alır.

Bu layihənin reallaşdırılması əslində Azərbaycan dövlətinin milli qəhrəmanlarla, şəhidlərlə əlaqədar həyata keçirdiyi siyasəti davam etdirməkdir.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə