Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan "Həyatım idman, idman həyatımdır" layihəsi sona çatıb. SİA-nın xəbərinə görə, layihə Gənclər Fondunun elan etdiyi V qrant müsabiqəsinin C kateqoriyası üzrə qalib olub. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihənin rəhbəri Elgün Aslanov layihə çərçivəsində görülən işlərdən danışıb.
Bildirilib ki, layihənin həyata keçirildiyi müddət ərzində tədbirlər təşkil olunub, eləcə də Azərbaycanı beynəlxalq yarışlarda, müsabiqələrdə, çempionatlarda uğurla təmsil edən idmançılarla görüşlər keçirilib, onların həyatından bəhs olunan verilişlər hazırlanıb. Eyni zamanda İdman karyerasında böyük uğurlara imza atan gənclər haqqında qısa məlumatların yer aldığı bukletlər çap olunub.
Elgün Aslanov layihənin əsas məqsədinin Azərbaycanda, eləcə də ölkəmizdən kənarda idman sahəsində uğur qazanan gəncləri, həmçinin idman veteranlarını gənclərə tanıtmaq olduğunu bir daha xatırladıb.
Digər çıxış edənlər bu tip layihələrin böyük önəm kəsb etdiyini bildiriblər. O da vurğulanıb ki, ümumiyyətlə idmançı gənclərin həyatından, qazandıqları uğurlardan bəhs olunan filmlərin hazırlanması gəncləri idmana yönəldir, onların bu sahəyə marağını daha da artırır.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB