Bu ilin sonuna kimi Gəncə şəhərində sərnişindaşıma ilə məşğul olan keçmiş sovet istehsalı olan mikroavtobuslar tamami ilə yığışdırılacaq. Əsasən "Qazel" markalı mikroavtobuslar ləğv ediləcək. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər 1 saylı Nəqliyyat Departamentindən məlumat verilib. Bildirilib ki, hazırda Gəncəyə sərnişindaşıma ilə bağlı bütün standartlara cavab verən 70-dək "Hyundai"markalı avtobus gətirilib.
Qeyd edək ki, ümumilikdə Gəncə şəhərinin nəqliyyat sisteminin yenilənməsi üçün 150-dək iritutumlu sərnişin daşıyan avtobusa ehtiyac var. Yeni avtobuslar bütün standartlara cavab verəcək.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB