Bu gün günorta saatlarından başlayaraq Gəncədə əsən güclü külək şəhərin bəzi küçələrində fəsadlara yol açıb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, külək Cavad Rəfibəyli küçəsində iri gövdəli ağacı kökündən qopararaq aşırıb. Xoşbəxtlikdən həmin vaxt yaxınlıqda heç kim olmayıb. Güclü külək şəhərin elektrik və qaz təsərrüfatında elə bir ciddi problemlər yaratmayıb. Ancaq sözügedən küçədə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayanıb.
Qeyd edək ki, hazırda aidiyyatı strukturlar müvafiq tədbirlər həyata keçirirlər.



İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB