Su nasos stansiyaları təmir edilir

Göygöl Suvarma Sistemləri İdarəsi balansında olan su nasos stansiyalarının təmirinə başlayıb. SİA-nın bögə müxbirinin verdiyi məlumata görə, qurumun balansında olan 10 su nasos stansiyasından artıq 4-də təmir işləri aparılır. Əsas məqsəd əhaliyə keyfiyyətli xidmət göstərmək və vətəndaşların əkin sahələrini vaxtında suvarmasını təmin etməkdir. Payız mövsümündə çaylarda sululuğun artmasını nəzərə alaraq, qurum tərəfindən sel və daşqınların qarşısının alınması istiqamətində də geniş tədbirlər həyata keçirilir. Daşqın və sel sularının intensiv olduğu ərazilərdə bəndsalma işləri həyata keçirilir.

Qeyd edək ki, Göygöl Suvarma Sistemləri İdarəsi ümumilikdə 12 500 ha əraziyə xidmət göstərir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə