Sabah Azərbaycanda havanın temperaturu enəcək, bəzi yerlərdə leysan yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, fasisələrlə yağış yağacağı gözlənilir. Gecə saatlarında şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-20, gündüz 20-24 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində sentyabrın 24-də fasiələrlə leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyinin gecə güclənəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-20, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB