Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) icraçı direktoru Şəmsi Gülverdiyev tələbə özünüidarəetmə mövzusunda keçirilən beynəlxalq forumda iştirak etmək üçün Moldovaya səfər edəcək. SİA-nın məlumatına görə, "Şərq tərəfdaşlığı regionunda gənclər siyasətinə dəstək" Proqramı çərçivəsində Moldovanın paytaxtı Kişinyov şəhərində baş tutacaq forumda ATGTİ-nin nümayəndəsi məruzə ilə çıxış edərək, Azərbaycanda tələbə özünüidarəetmə strukturlarının son vəziyyətini diqqətə çatdıracaq, ölkədə reallaşdırılan təhsil və gənclər siyasəti haqqında danışacaq.
Qeyd edək ki, ATGTİ bu foruma Avropa Tələbələr Birliyinin tamhüquqlu üzvü kimi dəvət alıb. Həmin tədbirə Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri də iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB