Elton Məmmədov: “MTN-nin 26 nəfərin həbsi ilə nəticələnən tədbirini təqdir edirəm”

AÇIQLAMA
Elton Məmmədov: “MTN-nin 26 nəfərin həbsi ilə nəticələnən tədbirini təqdir edirəm”

"Azərbaycanın dövlətinin və xalqının təhlükəsizliyi ən yüksək səviyyədə qorunur. Adət-ənənlərimiz də, milli dəyərlərimiz də nəinki yüksək səviyyədə mühafizə qorunur, hətta onun dünyada təbliği istiqamətində sistemli işlər həyata keçirilir. Dövlətimiz də qüdrətli dövlətdir. Buna görə də dövlətçiliyimizə zərrə qədər də olsa təhlükə yaradan istənilən hal qanunla aradan götürülməlidir. Bu baxımdan Milli Təhlükəsizlik Nazirliyinin dünənki əmiliyyatını, 26 nəfərin həbsi ilə nəticələnən tədbirini təqdir edirəm". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elton Məmmədov bildirib.

MTN-nin 26 nəfər "İŞİD"çini həbs etməsinə, terrorçu qruplaşmanın üzvlərinin zərərsizləşdirilməsinə münasibət bildirən E.Məmmədov qeyd edib ki, istənilən Azərbaycan vətəndaşı qanunlara hörmət etməyi bacarmalıdır: "Qanunlarımıza hörmət etməyən, xaricdə fəaliyyət göstərən radikal, terrorçu qruplaşmalara qoşulan, insanlarımıza, dinimizə, dövlətçiliyimizə təhlükə yaradan şəxslər həmişə qanunla, hüquqla öz cəzalarını alıblar və bundan sonra da elə olacaq. Ən əsası isə odur ki, dövlətçiliyimiz, təhlükəsizliyimizin təminatı etibarlı əllərdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə