Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lənkəranda
Sentyabrın 23-də Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dimitrios Tsunqas Lənkərana səfərə gəlib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Cənub regionu ilə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətində olan qonağı İcra başçısı Taleh Qaraşov qəbul edib. ŞİH-nin rəsmisi cənab səfiri salamladıqdan sonra ona Lənkəran rayonu, tarixi, coğrafi mövqeyi, əhalisi haqqında ətraflı məlumat verib, rayonun turizm potensialı barədə danışıb, xarici turistlərin Lənkərana cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.
Cənab Dimitrios Tsunqas səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ötən ilin avqust ayında Azərbaycana səfir təyin edildiyini söyləyən qonaq Cənub regionuna ilk dəfə səfər etdiyini diqqətə çatdırıb, Azərbaycan-Yunanıstan respublikaları arasında dostluq əlaqələrindən, bu əlaqələrin daim inkişaf etməsindən danışıb, odlar diyarı Azərbaycanla qədim tarixə malik Yunanıstanın oxşar cəhətlərindən, Lənkəranda turizm üçün geniş imkanların olmasından bəhs edib.
Görüş zamanı müxtəlif mövzuda söhbət gedib, fikir mübadiləsi aparılıb.
Sonda İcra başçısı Taleh Qaraşov səfirə Lənkəran xalçası və Lənkəran haqqında foto-albom hədiyyə edib.
Cənab səfir isə İcra başçısına Yunanıstan haqqında bukletlər və kitab bağışlayıb.
Həmin gün cənab Dimitrios Tsunqas Heydər Əliyev Xatirə parkında gəzintiyə çıxıb, Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə tanış olub.
Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB