Ölkə başçısı Dmitri Kiselyovu qəbul edib FOTO

Ölkə başçısı Dmitri Kiselyovu qəbul edib FOTO

Prezident İlham Əliyev bu gün "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyovu qəbul edib. SİA-nın xəbərinə görə, "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov rəhbərlik etdiyi qurumun fəaliyyətinə ölkəmizdə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək bu agentlik vasitəsi ilə Azərbaycanla bağlı verilən müxtəlif səpkili informasiyaların Rusiya oxucusu üçün xüsusi maraq doğurduğunu diqqətə çatdırıb. O, Azərbaycanda mövcud olan rusdilli informasiya vasitələrinə və rusdilli təhsil müəssisələrinə yaradılan şəraiti də yüksək dəyərləndirdi.

Dövlət başçısı son illər ölkəmizdə təhsil, mədəniyyət, kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı müxtəlif dövlət proqramlarının uğurla həyata keçirildiyini vurğulayıb.

Görüşdə Azərbaycanla Rusiya arasında mətbuat və informasiya sahəsində mövcud olan əməkdaşlığın müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparıldı, bu sahədə əlaqələrin genişləndirilməsinin və intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə