Bu gün Çexiyanın ölkəmizdəki səfiri Vitezslav Pivonka Bakı Dövlət Universitetində olub. SİA-nın xəbərinə görə, qonağı qəbul edən rektor Abel Məhərrəmov ona universitet haqqında məlumat verib, beynəlxalq əlaqələrindən, üzvü olduğu təşkilatlarla işbirliyindən danışıb.
Universitetlə tanışlıq xarakteri daşıyan görüşdə BDU ilə Çexiya universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub və yeni istiqamətlər müəyyənləşib.
Səfir universitetin elmi-tədqiqat və tədris laboratoriyaları, elmi mərkəzləri ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB