Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatı (ADU TGT) ADU-nun əsas tədris binasında universitetə yeni qəbul olmuş I kurs tələbələrinə TGT-nin geniş təqdimatını keçirib. SİA-nın məlumatına görə, təqdimatda çıxış edən ADU TGT-nin sədri Xıdır Kazımov tələbələrə təşkilatın yaranma tarixi, strukturu barədə ətraflı məlumat vermiş, ictimai fəaliyyət göstərmək istəyən tələbə-gəncləri TGT-yə üzv olmağa və tələbəlik illərini daha maraqlı, rəngarəng keçirməyə dəvət edib.
Daha sonra ADU-nun tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev çıxış edərək, hər bir tələbə üçün təhsillə yanaşı ictimai fəaliyyətin də vacibliyindən danışıb.
Təqdimatın sonunda tələbələrə ADU TGT-nin son dövrdə qazandığı nailiyyətləri əks etdirən video-çarx nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB