Hazırlanmasında müxtəlif avtomobillərin detallarından istifadə edilib
Azərbaycanda qeyri-adi ixtira

Yollarda avtomobillər arasından şığıyır. Görənlər yaxınlaşıb maraqla baxır.

Tovuz sakini 44 yaşlı Müşviq Quliyev müxtəlif avtomobillərin detallarından istifadə edərək belə maraqlı motosiklet modeli ixtira edib. İxtiraya 10 gün vaxt, 2 min manata yaxın vəsait sərf edilib.

Sükan hissəsi 79 il öncə istehsal edilən "Harli Devidson"-dan yığılıb. Elə modelə gözəllik verən də məhz budur.

Görünüşü motosikletə bənzəsə də ondan daha sürətlidir. Sahibi deyir ki, avtomobilləri rahatlıqla ötür.

Qısa vaxt ərzində ərsəyə gələn bu texnika hələ tam hazır sayılmır. Müşviq Quliyev deyir ki, yeni motosiklətini fərqli dizaynla bəzəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə